Azərbaycanda döyüşmüş Türk zabitindən mesaj: “Türkiyənin bütün türkləri İlham Əliyevin yanındadır”

Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfində döyüşmüş, Türkiyənin ülkücü hərəkatının tanınmış simalarından olan Hamit İltaş Azərbaycana və Prezident İlham Əliyevə dəstək verib. Hamit İltaş Türkiyə Silahlı Qüvvələrinin zabiti kimi 1992-93-cü illərdə Azərbaycanda könüllü kimi Ermənistana qarşı döyüşüb.

Bizim.Media “Musavat.com”a istinadən xəbər verir ki, Hamit İltaşın dostu Rauf Arifoğluna özəl göndərdiyi açıqlamasında Türkiyədə Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyaya münasibət bildirilib. O, aksiyanın Azərbaycan–Türkiyə qardaşlığına uyğun olmadığını deyib, səfirliyin yaxınlığında yaşadığını və hadisə yerinə getdiyini qeyd edib.

Hamit İltaşın açıqlamasını Azərbaycan türkcəsində təqdim edirik:

"Mən deyirəm ki, bunu (səfirliyimizin önündə anti-Azərbaycan aksiyasını) ancaq erməni edər. Təəccüblənəcəksən, amma İlham bəy bu hadisədən güclənərək çıxacaq. Mən burada Elçibəyə bağlılıqlarına görə İlham bəydən xoşu gəlməyən çoxlu cəbhəçi tanıyıram. İndi sosial mediada İlham bəyin şəklini paylaşaraq "Qarabağın qalib komandanı İlham bəyə inanırıq, güvənirik" yazırlar.
 

Səfirlik mənə yaxındır. Elə evimizin pəncərəsindən görünür. Piyada gedib oraya çatdım. Orada çevik polis var idi. Rəisinə dedim: "Ayıbdır, bu nə hərəkətdir? Niyə bu mitinqi dağıtmırsınız?" Dedi ki, valilik icazə verib. Azərbaycanda heç kim Türkiyənin əleyhinə şüar səsləndirə bilməz. Bu, qardaşlıq hüququna sığmır.


Amma AKP seçici itirib. İndi yenidən radikal islamçılara oynamaq istəyir. Fərqində olaraq, yaxud olmadan Azərbaycanda yanğına benzin tökür. Amma narahat olmayın. Türkiyənin bütün türkləri İlham Əliyevin və Azərbaycan dövlətinin yanındadır. Dindən Allah üçün deyil, şəxsi mənfəəti üçün istifadə edənlərə imkan vermirlər. Düz edirlər".

Hamit İltaş, Atilla Kaya və 50-ə yaxın ülküçü Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanda olmuş, Tovuzun sərhəd bölgəsində yerləşən Kirən kəndi ətrafında fəaliyyət göstərmiş türk ülküçülər sırasında xatırlanırlar. Onlar "Rüzgar" adı verdikləri düşərgədə önəmli fəaliyyətlər göstəriblər. İltaş Azərbaycanı sevən ülkücü hərəkatın əfsanəvi simalarından biri kimi tanınır.

O, türk ordusunun mayoru kimi pensiyaya çıxaraq, Azərbaycana dəstəyə gəlmişdi. Hamit İltaş, Atilla Kaya, Naim Aydoğdu və ümumilikdə 44 ulküçü könüllü 1992-93-cü illərdə Ermənistana qarşı bir sıra uğurlu hərbi eyləmlərə imza atıblar.

Bu fotolar 1992-93-cü illərdə Azərbaycanda ilk hərbi hissələrin yaradılması zamanı çəkilib. Hamit İltaş milli ordunun qurulmasında türk zabiti kimi yaxından iştirak edib. 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təcrübə yox, burun lazımdır - Qeyri-adi vakansiya elan etdilər

Təcrübə yox, burun lazımdır - Qeyri-adi vakansiya elan etdilər

"Sahar Azəri"nin təqdim etdiyi xəbər məqsədyönlü manipulyasiya cəhdidir - FOTO

"Sahar Azəri"nin təqdim etdiyi xəbər məqsədyönlü manipulyasiya cəhdidir - FOTO

Növbəti köçün ünvanı Kəlbəcər rayonunun Zar kəndidir - VİDEO

Növbəti köçün ünvanı Kəlbəcər rayonunun Zar kəndidir - VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

İranda İsrailə casusluq edən şəxs edam edildi

İranda İsrailə casusluq edən şəxs edam edildi

Kart tarifləri vətəndaşlara şamil olunmur – RƏSMİ

Kart tarifləri vətəndaşlara şamil olunmur – RƏSMİ

Gələn il Laçın şəhərində daxili yollar yenilənəcək - Məsim Məmmədov

Gələn il Laçın şəhərində daxili yollar yenilənəcək - Məsim Məmmədov

Zelenski: "Rusiyanın ABŞ-a qarşı bu dərəcədə nümayişkaranə hörmətsizliyi olmamışdı"

Zelenski: "Rusiyanın ABŞ-a qarşı bu dərəcədə nümayişkaranə hörmətsizliyi olmamışdı"

İstanbulda güclü leysan: Sel suları qadını apardı – ANBAAN VİDEO

İstanbulda güclü leysan: Sel suları qadını apardı – ANBAAN VİDEO

Azər Kərimov: “Uşaqları ideoloji qalxana çevirmək bəşəri cinayətdir” – FOTO

Azər Kərimov: “Uşaqları ideoloji qalxana çevirmək bəşəri cinayətdir” – FOTO

Lavrov Azərbaycana GƏLİR

Lavrov Azərbaycana GƏLİR

Altı il öncə bu gün – 14 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 14 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Geyimləri və nizam-intizamları ilə örnək olan Qarabağ məktəbliləri – VİDEO

Geyimləri və nizam-intizamları ilə örnək olan Qarabağ məktəbliləri – VİDEO

Azərbaycanda döyüşmüş Türk zabitindən mesaj: “Türkiyənin bütün türkləri İlham Əliyevin yanındadır”

Azərbaycanda döyüşmüş Türk zabitindən mesaj: “Türkiyənin bütün türkləri İlham Əliyevin yanındadır”

Laos Prezidenti “ASAN xidmət” mərkəzində - FOTO

Laos Prezidenti “ASAN xidmət” mərkəzində - FOTO

İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq

İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq

Təbriz küçəsində təhlükəli vəziyyət: Təmir ərazisində yol nişanları yoxdur – VİDEO

Təbriz küçəsində təhlükəli vəziyyət: Təmir ərazisində yol nişanları yoxdur – VİDEO

Qarabağdan gedən ermənilər Ukraynaya qarşı döyüşür - SENSASİON FAKTLAR - VİDEO

Qarabağdan gedən ermənilər Ukraynaya qarşı döyüşür - SENSASİON FAKTLAR - VİDEO

“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı

“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı

Dövlət qulluqçuları ilə bağlı YENİ LİMİT – Hansı dəyişiklikləri vəd edir? – VİDEO

Dövlət qulluqçuları ilə bağlı YENİ LİMİT – Hansı dəyişiklikləri vəd edir? – VİDEO

Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı

Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı

Gücünü səsindən deyil, davranışından alan Azərbaycan qadınının obrazı – VİDEO

Gücünü səsindən deyil, davranışından alan Azərbaycan qadınının obrazı – VİDEO

"Sabah" - "Slaviya" oyununda ANTİREKORD

"Sabah" - "Slaviya" oyununda ANTİREKORD

Yazıçı Aqşin Ağkəmərli vəfat etdi

Yazıçı Aqşin Ağkəmərli vəfat etdi

End of content

No more pages to load

RADİO