Finlandiyanın məşhur Turku arxipelaqının regional turizm şurası qeyri-adi bir iş elanı yerləşdirib.
Bizim.Media xəbər verir ki, qurum bölgəni gəzərək yalnız onun qoxularını hiss edəcək və bu təcrübəsini sosial media vasitəsilə dünya ilə bölüşəcək “rəsmi qoxu tədqiqatçısı” axtarır.
Turizm rəsmilərinin fikrincə, hər bir məkanı foto və ya video ilə nümayiş etdirmək mümkün olsa da, ərazinin ab-havasını və qoxusunu çatdırmaq çətindir. Məhz bu səbəbdən seçiləcək namizəd 2027-ci ilin may və ya iyun aylarında arxipelaqa səfər edərək 5-7 gün ərzində dəniz havasını, şam meşələrinin, ənənəvi saunaların və təzə bişmiş çörəklərin ətrini duymalı, bu təəssüratlarını video silsiləsi şəklində sosial şəbəkələrdə təqdim etməlidir.
Bu xoşagələn fəaliyyət üçün uğurlu namizədə 2000 avro (təxminən 3800 AZN) maaş ödəniləcək, həmçinin onun bütün səyahət və yaşayış xərcləri qarşılanacaq.
İş elanı üçün son müraciət tarixi 25 oktyabr olaraq müəyyən edilib. Namizədlərdən qoxu üzrə xüsusi peşəkar təlim keçmək tələb olunmur. Lakin onların Finlandiyada işləmək icazəsinin olması, kameradan yaxşı istifadə bacarığı və “İnstagram” və ya “TikTok”da qoxuları təsvir edən qısa videolar paylaşaraq müraciət etmələri şərt qoyulub.
Bizim.Media