Azər Kərimov: “Uşaqları ideoloji qalxana çevirmək bəşəri cinayətdir” – FOTO

“Uşaqları təbliğat aləti edənlə küçədə maşın yandıran terrorçu eyni zehniyyətin məhsuludur”. 

Bizim Media xəbər verir ki, bu barədə məşhur oftalmoloq Benjamin (Azər) Kərimov sosial media hesabında paylaşım edib. 

Həkim qeyd edib ki, küçədə maşın yandırmaq, binanın şüşələrini sındırmaq və bu əməllərdə uşaqlardan istifadə etmək qorxunc cinayətdir. 

"Qanun qarşısında bu, terror aktı, ictimai asayişə qəsd kimi qiymətləndirilməli və ən sərt şəkildə cəzalandırılmalıdır. Uşaqların şüurunu qəsb edib, onlardan öz çirkin ideoloji savaşlarında canlı alət kimi istifadə edənlər də küçədə maşın yandıran terrorçular qədər cinayətkardırlar.
 

Terrorçular hər zaman uşaqların məsum simasından istifadə edərək cəmiyyəti emosional şantaj etməyə çalışırlar. Çünki terrorçular əslində mənəvi cəhətdən qorxaq olurlar. Hər hansı bir ideologiyanın, radikal cərəyanın və ya siyasi ambisiyanın uşaqların arxasında gizlənməsi hər şeydən əvvəl qorxaqlıqdır. Dünyanı və öz hüquqlarını anlamayan uşaqları önə verərək, onları istismar edirlər. 


Uşaq hələ şəxsiyyət kimi formalaşmayıb. Onun beyni hələ tənqidi təfəkkürlə, azad seçimlə tanış deyil. Uşaqları nifrət şüarlarının, radikal çağırışların və aqressiv kütlə psixologiyasının içinə atmaq, məktəb çantası daşımalı olan əllərinə nifrət dolu plakatlar tutdurmaq, qəlblərinə aqressiya toxumları səpmək onları gələcəkdə fanatik biri kimi yetişdirib psixoloji cəhətdən şikəst etmək deməkdir". 

Oftalmoloq, həmçinin heç bir valideynlik hüququnun uşağın psixikasını şikəst etməyə, onu cəmiyyətin dünyəvi və hüquqi nizamına qarşı radikallaşdırmağa haqq qazandıra bilməyəcəyini də əlavə edib. 

"Uşaq valideynin şəxsi mülkiyyəti və ya ideoloji təcrübə poliqonu deyil. Uşaq cəmiyyətin, bəşəriyyətin və dövlətin ən kövrək, qorunmağa ən çox möhtac olan fərdidir. Buna görə də təhsil ocaqları qaranlıq təbliğatlardan qətiyyətlə təmizlənməlidir.
 

Əgər bu gün uşaqlar aqressiv aksiyaların vitrininə çevrilirsə, bu, bütövlükdə cəmiyyətin təhlükəsizliyinə qarşı terrordur. Bu uşaqlar illərlə terrorçu zehniyyəti ilə yetişdirilir və bütöv bir nəsil cəmiyyətə qarşı saatlı bombaya çevrilir.


Dövlət dərhal qanunun aliliyini nümayiş etdirməlidir. Təkcə küçədə maşın yandıranları tutmaq kifayət deyil, uşaqların beynini yandıran mexanizmlərin də qarşısı alınmalıdır. Uşaqları ideoloji qalxana çevirənlərin cəzası ən azı edam olmalıdır. Çünki bu, bəşəri cinayətdir".



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anasının ölüm xəbərinə ürəyi dözmədi – İki saat sonra vəfat etdi

Anasının ölüm xəbərinə ürəyi dözmədi – İki saat sonra vəfat etdi

Vyetnamın Vitse-prezidenti Azərbaycana GƏLDİ

Vyetnamın Vitse-prezidenti Azərbaycana GƏLDİ

Sabah 29 dərəcə isti olacaq – PROQNOZ

Sabah 29 dərəcə isti olacaq – PROQNOZ

Sonsuzluqdan bizə baxıb gülümsəyir... - Fotolar

Sonsuzluqdan bizə baxıb gülümsəyir... - Fotolar

İlon Maskın şirkəti Ukrayna ordusuna məhdudiyyət tətbiq etdi: PUA tapşırıqları yarımçıq qaldı

İlon Maskın şirkəti Ukrayna ordusuna məhdudiyyət tətbiq etdi: PUA tapşırıqları yarımçıq qaldı

Türkiyə süni intellektlə idarə olunan kamikadze dronlarını sınaqdan keçirdi – VİDEO

Türkiyə süni intellektlə idarə olunan kamikadze dronlarını sınaqdan keçirdi – VİDEO

Təcrübə yox, burun lazımdır - Qeyri-adi vakansiya elan etdilər

Təcrübə yox, burun lazımdır - Qeyri-adi vakansiya elan etdilər

"Sahar Azəri"nin təqdim etdiyi xəbər məqsədyönlü manipulyasiya cəhdidir - FOTO

"Sahar Azəri"nin təqdim etdiyi xəbər məqsədyönlü manipulyasiya cəhdidir - FOTO

Növbəti köçün ünvanı Kəlbəcər rayonunun Zar kəndidir - VİDEO

Növbəti köçün ünvanı Kəlbəcər rayonunun Zar kəndidir - VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

İranda İsrailə casusluq edən şəxs edam edildi

İranda İsrailə casusluq edən şəxs edam edildi

Kart tarifləri vətəndaşlara şamil olunmur – RƏSMİ

Kart tarifləri vətəndaşlara şamil olunmur – RƏSMİ

Gələn il Laçın şəhərində daxili yollar yenilənəcək - Məsim Məmmədov

Gələn il Laçın şəhərində daxili yollar yenilənəcək - Məsim Məmmədov

Zelenski: "Rusiyanın ABŞ-a qarşı bu dərəcədə nümayişkaranə hörmətsizliyi olmamışdı"

Zelenski: "Rusiyanın ABŞ-a qarşı bu dərəcədə nümayişkaranə hörmətsizliyi olmamışdı"

İstanbulda güclü leysan: Sel suları qadını apardı – ANBAAN VİDEO

İstanbulda güclü leysan: Sel suları qadını apardı – ANBAAN VİDEO

Azər Kərimov: “Uşaqları ideoloji qalxana çevirmək bəşəri cinayətdir” – FOTO

Azər Kərimov: “Uşaqları ideoloji qalxana çevirmək bəşəri cinayətdir” – FOTO

Lavrov Azərbaycana GƏLİR

Lavrov Azərbaycana GƏLİR

Altı il öncə bu gün – 14 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 14 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Geyimləri və nizam-intizamları ilə örnək olan Qarabağ məktəbliləri – VİDEO

Geyimləri və nizam-intizamları ilə örnək olan Qarabağ məktəbliləri – VİDEO

Azərbaycanda döyüşmüş Türk zabitindən mesaj: “Türkiyənin bütün türkləri İlham Əliyevin yanındadır”

Azərbaycanda döyüşmüş Türk zabitindən mesaj: “Türkiyənin bütün türkləri İlham Əliyevin yanındadır”

Laos Prezidenti “ASAN xidmət” mərkəzində - FOTO

Laos Prezidenti “ASAN xidmət” mərkəzində - FOTO

İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq

İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq

Təbriz küçəsində təhlükəli vəziyyət: Təmir ərazisində yol nişanları yoxdur – VİDEO

Təbriz küçəsində təhlükəli vəziyyət: Təmir ərazisində yol nişanları yoxdur – VİDEO

Qarabağdan gedən ermənilər Ukraynaya qarşı döyüşür - SENSASİON FAKTLAR - VİDEO

Qarabağdan gedən ermənilər Ukraynaya qarşı döyüşür - SENSASİON FAKTLAR - VİDEO

End of content

No more pages to load

RADİO