Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Joze Alesionun baş məşqçi olduğu komanda VI qrupda Yunanıstanın qonağı olacaq. Afinadakı qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Azərbaycan yığması ötən tur Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə eyni rəqibə 3 cavabsız qolla yenilib.
Oyun öncəsi komandamızın Afinadakı hazırlıq prosesi barədə videomaterialı təqdim edirik.
Bizim.Media