Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, Joze Alesionun baş məşqçi olduğu komanda 6-cı qrupda Yunanıstanın qonağı olacaq.
Afinadakı qarşılaşmaya Bakı vaxtı ilə saat 19:00-da Teodoros-Putos İdman zalında start veriləcək. Görüşü Ademir Avdiçin başçılıq etdiyi isveçli hakimlər idarə edəcək.
Azərbaycan yığması ötən tur Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə eyni rəqibə 3 cavabsız qolla yenilib.
Bizim.Media