PSJ -nin sahibi Qatar Sports Investments (QSI) şirkəti Portuqaliyanın "Braqa" klubunun sahiblərindən biri olub.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, şirkət klubun səhmlərinin 21,67 faizini alıb.
QSI hesab edir ki, "Braqa" maliyyə və idman artımı üçün potensiala malikdir. Yeni səhmdarlar "Braqa"nı Portuqaliyanın aparıcı klublarından birinə çevirməyi planlaşdırırlar.
Qeyd edək ki, QSI 2011-ci ildən PSJ-nin sahibidir.
Bizim.Media