2024-cü il (AVRO-2024) Avropa çempionatının seçmə oyunlarında D qrupunda Xorvatiya, Uels, Ermənistan və Latviya ilə qarşılaşacaq Türkiyə millisinin oyun cədvəli müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Star” nəşri yayıb.
Mənbə yazır ki, Türkiyə yığması ilk oyununu 2023-cü il martın 25-də Ermənistan, son matçını isə 21 noyabr 2023-cü ildə Uelslə keçirəcək.
Bizim.Media