Neftçilər Günü və “Neftçi” klubunun 85 illiyinə həsr olunmuş futbol matçı keçirilib. Matçda Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və bp-nin regional prezidenti Qəri Counz iştirak edib.
Bizim.Media xəbər verir ki, Neft Daşlarında keçirilən mini futbol turnirində “Neftçi” klubunun prezidenti Kamran Quliyev, klubun baş məşqçisi Laurentsiu Reqhekampf, kapitan Emin Mahmudov da iştirak edib.
Matçı FİFA referisi Əliyar Ağayev idarə edib.
Bizim.Media