İngiltərə çempionatının 10-cu turunda “Mançester Yunayted” səfərdə “Everton” üzərində 2:1 hesabı ilə qələbə qazanıb.
Bizim.Media xəbər verir ki, qələbə qolunu 37 yaşlı Kriştiano Ronaldo vurub. Bu qol portuqaliyalı futbolçu üçün klub karyerasında 700-cü olub.
“Mançester Yunayted” 15 xalla 5-ci yerdədir. Everton 10 xalla 12-ci yerdə qərarlaşıb.
Qollar: Aleks İvobi -5, Entoni -15, Kriştiano Ronaldo -44.
Bizim.Media