Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Olimpiakos” (Yunanıstan) matçına bilet satışı davam edir. İlk gündə bu oyuna 22 min bilet satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
Oktyabrın 13-də keçiriləcək bu qarşılaşmaya saat 20:45-də start veriləcək.
Bizim.Media