Kataloniyalılar argentinalı hücumçu Lionel Messini 2023-cü ilin yayında almaq istəyir. Həmin vaxt futbolçunun PSJ ilə müqaviləsi başa çatır.
Bizim.Media Sports nəşrinə istinadən xəbər verir ki, sövdələşmə yalnız Leoya böyük maaş veriləcəyi təqdirdə baş tutacağı bildirilir.
“Mundo Deportivo” yazır ki, mavi qranatlar Messinin doğma klubuna qayıtmaq istəyəcəyinə əmindirlər.
Qeyd edək ki, 35 yaşlı hücumçu bu mövsüm PSJ-nin heyətində 11 oyunda 6 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizim.Media