“Filmin təqdimatı başlayanda, kadrlar ekranda görünəndə biz – şəhid anaları ağlamağa başladıq. Göz yaşları içində filmi izləyirdik. Sonra özümüzü ələ ala bildik. Hər birimiz böyük qürur və iftixar hissi keçirdik ki, bizim igid oğullarımız 30 il düşmən əsarətində inləyən Qarabağımızı geri aldılar”.
Bu sözləri Heydər Əliyev Sarayında keçirilən “44” filminin təqdimatında iştirak edən və çıxış edən Vətən müharibəsi şəhidi Miqdad Abduləlimovun anası, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Bizim.Media-ya açıqlamasında deyib.
Vətən müharibəsinin həsr olunan filmi çox bəyəndiyini bildirən şəhid anası ekran əsərinin ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusilə Prezidentin köməkçisi Anar Ələkbərova təşəkkürünü bildirib.
Tünzalə Abduləlimova belə dolğun və təsirli filmlərin şəhid oğullarının gələcək nəsillər tərəfindən daha yaxından tanınmasına mühüm töhfə verəcəyini vurğulayıb.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu