Bu dəfə jurnalistlər kiberdəlduzların hədəfinə çevrilib.
Bizim.Media xəbər verir ki, tanınmış şəxsin adından istifadə edən dələduzlar jurnalistlərlə əlaqə yaradaraq özlərini Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və ya digər hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edirlər.
Daha sonra əlaqə saxlayan şəxslər hədə-qorxu gəlməklə, qorxu və təzyiq yaratmaqla qanunsuz tələblər irəli sürməyə çalışır.
Belə mesajlar alan jurnalistlərin dərhal əlaqəni kəsməsi və hüquq-mühafizə orqanlarına məlumat verməsi tövsiyə olunur.

Bizim.Media