Bakı şəhərində yerləşən və yəhudi mənşəli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner") şagirdlər dərslərə vahid məktəbli formasında gəlir və müəyyən edilmiş geyim qaydalarına tam əməl edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı gunaz.tv yayıb. Valideynlər bildiriblər ki, geyim forması ilə bağlı qəbul edilən yeni qərardan sonra övladlarının məktəbə necə geyinib getməsinə daha ciddi və məsuliyyətlə nəzarət edirlər.
Təhsil müəssisəsində həm dövlətin vahid məktəbli forması standartlarına, həm də daxili intizam qaydalarına ciddi şəkildə riayət olunur.
Bizim.Media