Bakı-Sumqayıt avtomobil yolunda evakuator körpüyə ilişib qalıb.
Bizim.Media xəbər verir ki, iki kənd təsərrüfatı texnikası daşıyan evakuatorun sürücüsü körpünün yoldan hündürlüyünü nəzərə almayıb.
Hadisə yerində hündürlük məhdudiyyətini bildirən yol nişanının olmasına baxmayaraq, sürücü körpünün altından keçməyə cəhd edib, amma orada ilişərək qalıb. Nəticədə, yolda nəqliyyatın hərəkətində çətinlik yaşanıb, sıxlıq yaranıb.
Hadisə yerindən görüntünü təqdim edirik: (Oxu.az)
Bizim.Media