Şagirdlərin nümunəvi məktəb həyatı və ideoloji təxribatın çirkin üzü - FOTO/VİDEO

Dövlət ümumtəhsil məktəblərində vahid forma qaydalarının tətbiqindən sonra bir sıra təhsil ocaqlarında xoşagəlməz hallar yaşanıb. Xarici qüvvələrin ideoloji təxribatlarına alət olan şəxslər məktəblərə, müəllimlərə, hətta şagirdlərə belə hücum çəkiblər.

Məktəbdə yanğın cəhdi, şagirdlərə hücum...

Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobil yandırılıb. Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


Bundan əlavə, Bakının Binə qəsəbəsində 136 nömrəli məktəbi daşa basıblar. Nəticədə, iki şagird xəsarət alıb.

Paytaxtın Yasamal rayonunda isə orta məktəblərin birində yanğın törətməyə cəhd olunub. Polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məhəmməd İsmayılov, eləcə də həmin məktəbin 10 və 11-ci sinif şagirdi olan daha 5 nəfər saxlanılıb.

Təhsil ocaqlarını təxribat mərkəzinə çevirmək cəhdi

Qeyd olunanlarla yanaşı, məktəblərdə başqa xoşagəlməz hallar da yaşandı: təhsil ocaqlarını mitinq meydanına çevirməyə cəhd edənlər, məktəbə hücum çəkib qapı-pəncərələri sındıranlar, müəllimləri təhqir edib əlbəyaxa olanlar...


Daxili İşlər Nazirliyinin oktyabrın 12-də yaydığı məlumatda bildirilib ki, Bakı şəhərində bir qrup şəxs vahid geyim qaydalarının tətbiqi ilə bağlı məktəblərdə təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, dövlət təhsil müəssisələrinə zərər vurub, ictimai qaydanı kobud şəkildə pozan, nəqliyyatın hərəkətinə və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib:

“Faktla bağlı DİN-in müvafiq istintaq qurumlarında Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılaraq 37 nəfər həbs edilib”.

Bundan əlavə, oktyabrın 12-də Bakıda “28 May” metrostansiyasının yaxınlığında bir qrup şəxs ictimai asayişi pozmağa cəhd edib. Lakin onların bu cəhdinin də qarşısı vaxtında alınıb.

İran və Türkiyənin ideoloji təxribat kampaniyası

Baş verənlər göstərir ki, məsələ artıq sadəcə vahid məktəbli formasına etiraz çərçivəsindən çıxıb. Məktəblərə hücumlar, müəllimlərə qarşı aqressiya, şagirdlərin xəsarət alması, təhsil müəssisələrində yanğın törətmək cəhdləri və ictimai asayişin pozulması daha ciddi təhlükədən xəbər verir. Və təəssüflər olsun ki, təhsili ideoloji mübarizə meydanına çevirmək istəyənlər uşaqların təhlükəsizliyini belə gözardı edirlər.

Təsadüfi deyil ki, məktəblərdəki hadisələrlə paralel olaraq sosial şəbəkələrdə də Azərbaycana qarşı məqsədyönlü kampaniyalar aparılır. İran və Türkiyədən olan bəzi siyasi və ictimai fiqurların, eləcə də ayrı-ayrı sosial şəbəkə hesablarının Azərbaycanın daxili məsələsinə müdaxilə xarakterli çıxışları davamlı xarakter alıb.

Azərbaycan Respublikası Media və Yayım Şurası da bu gün yaydığı bəyanatda İran və Türkiyədən “X”, “Telegram” və “TikTok” platformaları vasitəsilə informasiya hücumlarının intensivləşməsinə diqqət çəkib. Eyni məzmunlu paylaşımların, təkrarlanan şərhlərin və manipulyativ materialların yayılması kampaniyanın koordinasiyalı təşkilinin sübutudur.

Qeyd edək ki, müxtəlif anonim hesablar vasitəsilə bu kimi paylaşımların həyata keçirilməsi, habelə neqativ şərh və reaksiyalar vasitəsilə vətəndaşların ictimai qaydanı pozmağa təşviq edilməsi həm Azərbaycan Respublikasının, həm də beynəlxalq qanunvericiliyin tələblərinə tamamilə ziddir və hüquqi məsuliyyət yaradır.

Uşaqların gələcəyi üzərindən oyun

Ən təhlükəli məqam isə dini həssaslıqlardan istifadə edilərək uşaqların bu qarşıdurmaya cəlb olunmasıdır. Uşaqlara radikal ideyaların aşılanması, dünyəvi təhsilin düşmən obrazında təqdim edilməsi və onların böyüklərin ideoloji mübarizəsinin alətinə çevrilməsi yolverilməzdir.

Burada söhbət dini inanclara qarşı çıxmaqdan deyil, dindən istifadə edərək məktəblərdə qarşıdurma yaratmaq cəhdlərindən gedir. Bu cəhdlər isə birbaşa xarici ölkələrdən, xüsusilə də Türkiyə və İrandan gəlir. Sözügedən qüvvələr Azərbaycanın daxili işlərinə müdaxilə etmək, cəmiyyətdəki sabitliyi pozmaq üçün uşaqları belə öz oyunlarına alət etməkdən çəkinmirlər.

Pozitiv hallar neqativlərdən qat-qat çoxdur...

Təbii ki, vahid məktəbli formasının tətbiqindən sonra xoşagəlməz hallar baş versə də, nümunəvi halların sayı bundan dəfələrlə çoxdur. Əksər məktəblərdə şagirdlər, müəllimlər forma tələbinə əməl edir, əvvəlki qaydada dərslərə gəlir və təhsil həyatlarına davam edirlər.

Şagirdlərin vahid formada məktəbə gəlməsi təhsil mühitində birlik və nizam-intizamın möhkəmlənməsinə, sosial bərabərliyin qorunmasına, səliqə-sahmanın təmin olunmasına töhfə verir. Məktəblərdə müşahidə olunan bu mənzərə sağlam təhsil mühitinin, vətənpərvərlik ruhunun və milli dəyərlərə bağlılığın təzahürüdür.

Bu cür nümunəvi mənzərə isə hər kəs üçün örnək olmalıdır. Cəmiyyətimizin inkişafı, gələcəyimiz olan uşaqların sağlam mühitdə yetişmələri üçün dünyəvi təhsilin tələblərinə uyğun davranmaq vacibdir. Türkiyə və İranın ideoloji təxribatlarına uymaq isə gələcəyimizə zərbə vurmaq deməkdir. Ona görə də hər birimiz bu cür kampaniyalara qarşı diqqətli olmalı, xarici qüvvələrin çirkin planlarına alət olmamalıyıq.










Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Göz yaşları içində izlədik” – Şəhid anasının “44” filmi ilə bağlı TƏƏSSÜRATLARI – FOTO/VİDEO

“Göz yaşları içində izlədik” – Şəhid anasının “44” filmi ilə bağlı TƏƏSSÜRATLARI – FOTO/VİDEO

Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı – 2 ölü var

Bilgəhdə sürətlə hərəkət edən avtomobil aşdı – 2 ölü var

Damarların sağlamlığını dəstəkləyən 5 qida

Damarların sağlamlığını dəstəkləyən 5 qida

Emoməli Rahmon Bakıya yola düşdü

Emoməli Rahmon Bakıya yola düşdü

Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu – VİDEO

Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu – VİDEO

Bakı-Sumqayıt yolunda evakuatorun daşıdığı texnika körpüyə ilişdi – VİDEO

Bakı-Sumqayıt yolunda evakuatorun daşıdığı texnika körpüyə ilişdi – VİDEO

Avropa İttifaqı Ukraynaya 2,86 milyard dollar ayırdı – HARA XƏRCLƏNƏCƏK?

Avropa İttifaqı Ukraynaya 2,86 milyard dollar ayırdı – HARA XƏRCLƏNƏCƏK?

Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...

Səmədovun mənimsədiyi pulu oğlu qaytardı - 300 min...

Bakının mərkəzində kəlağayı yürüşü keçirildi – FOTO

Bakının mərkəzində kəlağayı yürüşü keçirildi – FOTO

Bakıda piyada zolağını zəbt edən sürücülərlə bağlı tədbir görüldü

Bakıda piyada zolağını zəbt edən sürücülərlə bağlı tədbir görüldü

Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilir – FOTO

Azərbaycan Ordusunda NATO-nun qiymətləndirmə təlimi keçirilir – FOTO

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkarlandı

İstanbuldan Bakıya gələn sərnişində külli miqdarda dərman aşkarlandı

Hörmüz boğazında DƏHŞƏT: 2500 konteyner daşıyan gəmi minaya düşərək batdı

Hörmüz boğazında DƏHŞƏT: 2500 konteyner daşıyan gəmi minaya düşərək batdı

Şagirdlərin nümunəvi məktəb həyatı və ideoloji təxribatın çirkin üzü - FOTO/VİDEO

Şagirdlərin nümunəvi məktəb həyatı və ideoloji təxribatın çirkin üzü - FOTO/VİDEO

Rusiyalı hərbi əsir 5 Ukrayna əsgərini GÜLLƏLƏDİ - FOTO

Rusiyalı hərbi əsir 5 Ukrayna əsgərini GÜLLƏLƏDİ - FOTO

Aygül Şahüseynzadəyə nazirlikdə YÜKSƏK VƏZİFƏ verildi

Aygül Şahüseynzadəyə nazirlikdə YÜKSƏK VƏZİFƏ verildi

İsti hava şəraiti nə vaxtadək DAVAM EDƏCƏK?

İsti hava şəraiti nə vaxtadək DAVAM EDƏCƏK?

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin vəfat etdi

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin vəfat etdi

Nəriman Axundzadə "Ərzurumspor"dan ayrılır?

Nəriman Axundzadə "Ərzurumspor"dan ayrılır?

Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi

Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi

Payızın ortasında YAY HAVASI – Son illərin ən isti oktyabrını yaşayırıq? – RƏSMİ AÇIQLAMA

Payızın ortasında YAY HAVASI – Son illərin ən isti oktyabrını yaşayırıq? – RƏSMİ AÇIQLAMA

Nigar Əliyeva departament rəhbəri oldu

Nigar Əliyeva departament rəhbəri oldu

Məhkəmə Köçəryanla bağlı QƏRAR VERDİ

Məhkəmə Köçəryanla bağlı QƏRAR VERDİ

Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Ərdoğanı təmsil edəcək

Hakan Fidan Bakıda keçiriləcək AQEM konfransında Ərdoğanı təmsil edəcək

End of content

No more pages to load

RADİO