Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsində dayanma və durma qaydalarını pozaraq piyadaların və digər nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan sürücülər barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) yayıb.
"Bir daha sürücülərdən xahiş edirik ki, dayanma və durma qaydalarına ciddi şəkildə riayət etsinlər", - deyə məlumatda bildirilib. (Oxu.az)
Bizim.Media