Bu gün Şuşada keçirilən ilk beynəlxalq şahmat turnirinə yekun vurulub, qaliblər müəyyənləşib.
Bizim.Media xəbər verir ki, kişilərin yarışında 26 xal toplayan Şəhriyar Məmmədyarov, qadınlarda isə gürcü şahmatçı Meri Arabidze 24 xalla birinci yeri tutub.
Qeyd edək ki, son gündə şahmatçılar blitsdə 9 tur yarışıb. Hər tur iki oyundan ibarət (ağ və qara fiqurlarla) olub. İştirakçılara qələbəyə görə 1, heç-heçəyə görə yarım xal verilib.
Bizim.Media