Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi "Qarabağ" klubunda çıxış edən Qara Qarayevin yığmaya çağırılmamasına münasibət bildirib.
Bizim.Media xəbər verir ki, mütəxəssis bu barədə Slovakiyaya qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl mətbuat konfransında bildirib.
Baş məşqçi 30 yaşlı yarımmüdafiəçinin məsələdən xəbərdar olduğunu bildirib:
"Qara Qarayev buraya gəlməməsinin səbəbini yaxşı bilir. Ola bilər ki, bilmədiyini desin, amma bildiyinə əminəm”.
Bizim.Media