"İnter" "Kalyari"nin futbolçusu Raul Bellanovanı transfer edib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı oyunçu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Kalyari" bu ilin mayında italiyalı müdafiəçini "Bordo"dan almışdı. O, "Milan"ın yetirməsidir.
Bizim.Media