ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücum etməsinin yeni səbəbini irəli sürüb. O, müharibənin başlamasında keçmiş Prezident Co Baydeni təqsirləndirib.
Bizim.Media xəbər verir ki, Tramp jurnalistlərə müsahibəsində bildirib ki, münaqişənin əsas səbəblərindən biri Baydenin Rusiyanı və Putini davamlı olaraq ələ salması və təhqir etməsi olub:
"Ukraynada müharibənin başlamasının səbəblərindən biri Baydenin hər yerdə Rusiyanı ələ salması idi. Mən isə Putini “dictator” adlandırmıram, çünki insanlarla sövdələşmələr bağlamalıyam. Mən sövdələşmələr ustasıyam (dealmaker) və heç kimi təhqir edib ələ salmıram."
Ağ Ev rəhbəri əlavə edib ki, məhz biznes sövdələşmələri bağlamaq bacarığı sayəsində böyük sərvət qazanıb və tərəfdaşlarla danışıqlar apararkən sərt ifadələrdən istifadə etməyi düzgün hesab etmir.
Bizim.Media