ABŞ Prezidenti Donald Tramp administrasiyası Rusiya, İran və Venesueladan neft və neft məhsulları daşıyan "kölgə donanması" gəmilərinə qarşı tətbiq edilən sanksiyaları yumşaltmağı fəal şəkildə müzakirə edir.
Bizim.Media xəbər verir ki, Reuters agentliyinin Amerika rəsmilərinə istinadən verdiyi məlumata görə, bu addımın əsas məqsədi dəniz vasitəsilə enerjidaşıyıcıların daşınması üzrə rekord həddə çatan daşıma tariflərini aşağı salmaqdır.
Müzakirələrin Vaşinqtonun Rusiya dizel yanacağına qoyulan qadağanı ləğv etməsindən dərhal sonra başladığı bildirilir.
ABŞ rəsmilərinin sözlərinə görə, yeni plana əsasən, daha əvvəl sanksiya siyahısına salınmış tankerlərə Vaşinqtonun məhdudiyyətlərinə məruz qalmayan "qanuni neftin" (məsələn, Fars körfəzi ölkələrinin xam nefti və neft məhsullarının) daşınması üçün xüsusi icazələrin verilməsi nəzərdə tutulur. Bu gəmilərdən istifadə etmək istəyən şirkətlər ABŞ Maliyyə Nazirliyinə xüsusi müraciət edəcəklər.
Bizim.Media