Təcili yardım motosikletlərinin indiyə qədər cəlb olunduğu çağırışların sayı və çağırış əraziləri açıqlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin “Ambucycle” xidməti 29 iyul 2026-cı il tarixindən etibarən fəaliyyət göstərir.
"Bu günədək xidmət tərəfindən ümumilikdə 624 çağırış icra olunub. Çağırışlar Bakı şəhərinin müxtəlif ərazilərini, o cümlədən Binəqədi, Biləcəri, Sulutəpə, Suraxanı, Bülbülə, Əmircan, Ramana və digər əraziləri əhatə edib".
Qeyd edilib ki, “Ambucycle” xidmət modelinin əsas məqsədi hadisə yerinə çatma müddətini azaltmaq, kritik hallarda ilk dəqiqələrdə tibbi müdaxiləni təmin etmək və təcili tibbi yardım xidmətinin operativliyini artırmaqdır.
Fəridə, Bizim.Media