ABŞ Prezidenti Donald Tramp Konqresə keçiriləcək aralıq seçkiləri ərəfəsində Rusiya Prezidenti Vladimir Putinlə diplomatik yaxınlaşmanı sürətləndirərək, rəhbərlik etdiyi Respublikaçılar Partiyası üçün ciddi siyasi risklər yaradır.
Bizim.Media xəbər verir ki, Axios nəşrinin təhlilinə görə, Tramp Putinlə telefon danışığından sonra Moskvaya bir sıra kəskin güzəştlər edib:
1.Rusiya dizel yanacağının ixracına icazə verərək sanksiyaların yumşaldılmasını elan edib.
2.Volodimir Zelenskini Rusiya NEZ-lərinə vurulan zərbələrə görə kəskin tənqid edərək onun istefasını tələb edib.
3."Enerji atəşkəsi" təşəbbüsü ilə çıxış edib (hansı ki, Rusiya buna məhəl qoymayaraq bombardmanları davam etdirib).
4.Rusiyanın İrana hərbi yardımı barədə kəşfiyyat hesabatlarını təkzib edib.
Trampın bu addımları ABŞ-da yanacaq qiymətlərini əhəmiyyətli dərəcədə azaltmayıb. Bu isə nəticədə Vaşinqtonu NATO müttəfiqlərindən uzaqlaşdırır. YouGov rəy sorğusuna əsasən, 2024-cü ildə Trampa səs vermiş seçicilərin 81%-i Putinin siyasətinə neqativ münasibət bəsləyir.
Konqresdə nəzarəti itirmək riski ilə üz-üzə qalan respublikaçıların narahatlığına baxmayaraq, Tramp sosial şəbəkədə "Mən bu seçkilərdə namizəd deyiləm, artıq böyük qələbə qazanmışam" yazaraq mövqeyini müdafiə edir. Həmçinin, Senatdakı iki partiyalı senatorlar qrupu Trampı dizel sazişindən imtina etməyə və Rusiya energetika sektoruna sanksiyaları bərpa etməyə çağırıb.
Bizim.Media