Bakıda 20 yaşlı gənci bıçaqlayan şəxslər ələ keçiblər.
Bizim.Media xəbər verir ki, hadisə bu gün gecə saat 02 radələrində qeydə alınıb.
Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əkbər Səbuhi oğlu Məmmədov bıçaqlanıb.
Polis tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən T.İbrahimov və A.Qasımov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Bizim.Media