İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunun qalibi mükafatlandırılıb.
Bizim.Media xəbər verir ki, finalda "Xocavənd"i məğlub edən "Ağdam" komandasına Zəfər Kuboku və 2 000 manat pul mükafatı verilib.
"Xocavənd" isə 1 200 manat pul mükafatı əldə edib. Hər iki komandanın üzvləri diplomlarla təltif olunublar.
Qeyd edək ki, "Ağdam" həlledici qarşılaşmada "Xocavənd"ə 3:1 hesabı ilə qalib gəlib.
Bizim.Media