"Qarabağ" komandada icarə əsasında çıxış edən Luka Quqeşaşvilini Polşa "Yagelloniya"sından birdəfəlik transfer edib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
23 yaşlı qolkiperlə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Gürcüstan millisinin də üzvü olan Luka Quqeşaşvili bu ilin yanvarından "Qarabağ"da oynayır.
Bizim.Media