Azərbaycanın qadın futbolçulardan ibarət millisi iyunun 24-dən 29-dək Türkiyədə təlim-məşq toplanışı keçirəcək.
Bizim.Media AFFA-nın rəsmi saytına istnadən xəbər verir ki, komandamız bu hazırlıq prosesi çərçivəsində Türkiyə yığması ilə 2 yoldaşlıq oyununda üz-üzə gələcək. Görüşlər iyunun 25-də və 28-də olacaq.
Milli komanda bundan əvvəl isə Bakıda toplanışı keçirəcək. Hazırlıq prosesi iyunun 18-də başlayacaq və 6 gün davam edəcək.
Bizim.Media