“Səbail” futbol klubunun yay hazırlıq planı bəlli olub.
Bizim.Media xəbər verir ki, təlim-məşq toplanışının ilk mərhələsi iyunun 20-dən iyulun 19-dək Bakıda olacaq. Bu müddətdə komanda 3 yoxlama görüşü keçirəcək.
"Səbail" toplanışın 2-ci mərhələsində - iyulun 20-dən iyulun 30-dək isə Gürcüstanın Tiflis şəhərində olacaq.
Bu mərhələdə də üç yoxlama matçının keçirilməsi nəzərdə tutulub.
Bizim.Media