Donetsk "Şaxtyor"unun futbolçusu David Neres klubunu dəyişib.
Bizim.Media xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Benfika" ilə anlaşıb. Tərəflərin 5 illik müqavilə imzalayacağı bildirilib.
Bu gün futbolçunun tibbi müayinədən keçəcəyi gözlənilir.
Qeyd edək ki, Braziliya millisinin üzvü bu ilin yanvarında "Ayaks"dan "Şaxtyor"a keçmişdi.
Bizim.Media