Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda 10-cu turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Drammen şəhərindəki “Marienlist” stadionunda oynanılan görüş millimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Beləliklə, Norveç 24 xalla qrupu 1-ci, Azərbaycan isə 7 xalla 5-ci pillədə tamamlayıb.
Qollar: Larsen 54, Botheym 77 - İldar Alekperov 65
Bizim.Media