Fil Dişi Sahili millisinin qapıçısı Silven Qbouonu 18 ay müddətinə futboldan kənarlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, buna futbolçunun antidopinq qaydalarını pozması səbəb olub.
Belə ki, Qbouonun verdiyi dopinq testdə FİFA-nın stimullaşdırıcı kimi təsnif etdiyi antianginal dərman olan trimetazidin aşkar edilib.
Qadağa bütün növ oyunlara, o cümlədən ölkədaxili, beynəlxalq, yoldaşlıq və rəsmi oyunlara şamil edilir.
Bizim.Media