Azərbaycan millisi bu gün Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, yığmamız 4-cü turda doğma meydanda Belarusu qəbul edib.
"Dalğa Arena"da keçirilən görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda qolları 76-cı dəqiqədə Mahir Emreli və 90+3-cü dəqiqədə Ramil Şeydayev vurublar.
Komandalar arasında 1 həftə əvvəl oynanılan ilk matç 0:0 hesabı ilə yekunlaşıb. Qrupun digər qarşılaşmasında isə lider Qazaxıstan Slovakiyanı 2:1 hesabı ilə məğlub edib.
Bizim.Media