CONCACAF Millətlər Liqasının C liqasında Antiqua və Barbuda ilə Angilya arasında keçirilən matçda maraqlı anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, Angilya millisinin futbolçusu Aedan Skipio rəqibin 2 qırmızı vərəqə almasına səbəb olub.
Uzun saçları ilə diqqət çəkən oyunçu 69-cu dəqiqədə meydana daxil girib.
Bundan sonra isə rəqib oyunçular Keon Qrin və Şalon Nayt Skipionun saçlarını çəkdiyi üçün meydandan qovulub.
Buna baxmayaraq onun komandası 0:5 hesabı ilə uduzub.
Bizim.Media