Moskvanın "Amkal" Rusiya media-klubu ukraynalı hücumçu Aleksey Sidorovla müqavilə imzaladığını açıqlayıb. Sazişin detalları açıqlanmır. Yeri gəlmişkən, 25 yaşlı futbolçunun "Xarkov" klubu ilə 2028-ci il iyunun 30-dək müqaviləsi var.
Bizim.Media xatırladır ki, futbolçu 2025-ci ildə komandasını özbaşına tərk edərək Ukraynadan gedib və klubun ultimatumuna baxmayaraq qayıtmayıb.
Avqust ayında Rusiya Futbol İttifaqı FIFA TMS sistemi vasitəsilə onun qeydiyyatı üçün beynəlxalq transfer sertifikatı istəyib.
Karyerası ərzində Sidorov "Kolos", "Xarkov" və Zaporojye "Metallurq"unun şərəfini qoruyub.
Bizim.Media