Türkiyənin “Turqutluspor” futbol klubunda baş məşqçi vəzifəsinə 22 yaşlı Zeynəb Mestan təyin olunub.
Bizim.Media “NTV Spor”a istinadən xəbər verir ki, Türkiyə Super Həvəskar Liqasında mübarizə aparan komanda yeni mövsüm öncəsi gənc mütəxəssislə müqavilə imzalayıb.
Klubun açıqlamasında Zeynəb Mestanın “Turqutluspor”da başladılan yeni quruculuq və texniki strukturlaşma prosesinə də rəhbərlik edəcəyi vurğulanıb.
Qeyd edək ki, 2004-cü ildə İzmir şəhərində anadan olan Zeynəb Mestanın futbolçu karyerası da var. Türkiyə Futbol Federasiyasının (TFF) məlumatlarına əsasən, o, karyerasına 2019-cu ildə “Karşıyaka Bədən Tərbiyəsi və İdman Təhsil Mərkəzi” idman klubunda başlayıb. Daha sonra müxtəlif həvəskar komandalarda çıxış edib.
Bizim.Media