Azərbaycan təmsilçisi Raman Salei Avropa çempionatında finala vəsiqə qazanıb
Azərbaycan paraüzgüçüsü Raman Salei Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Bizim.Media xəbər verir ki, o, 100 metr məsafəyə arxasıüstə üzmə üsulunda 1:03.38 nəticə göstərib.
R.Salai yarışda S12 kateqoriyasında mübarizə aparır.
Xatırladaq ki, Avropa çempionatında yeniyetmə paraüzgüçü Əli Vəliyev də çıxış edir.
Bizim.Media