Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edəcək.
Görüş Tofiq Bəhrəmov adına Respublika Stadionunda baş tutacaq və saat 20:00-da start götürəcək. Matçın baş hakimi ingiltərəli Stüart Etuel olacaq.
Qeyd edək ki, komandalar arasında ilk oyun Polşada keçirilib və kiyevlilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu cütün qalibi Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə rəqibini darmadağın edib - 6:0.
Bizim.Media