“İnter Mayami” klubunun hücumçusu Lionel Messi atası Xorxe Messinin vida mərasiminə qatılmaq üçün ABŞ-dan Argentinanın Rosario şəhərinə gedib.
Bizim.Media xəbər verir ki, bu barədə SportsCenter-in “X” sosial şəbəkəsindəki hesabı məlumat yayıb.
Futbolçu gecə saatlarında şəxsi təyyarə ilə doğma şəhərinə çatıb. Vida mərasimində yalnız Messi ailəsinin üzvləri və ən yaxın dostlarının iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Xorxe Messi son aylarında sağalmaz xəstəliklə mübarizə aparıb və avqustun 8-də dünyasını dəyişib.
Bizim.Media