UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Ukrayna təmsilçisi "Dinamo"ya (Kiyev) uduzub.
Bizim.Media xəbər verir ki, "Lublin Arena" stadionunda keçirilən qarşılaşmada rəqib 1:0 hesablı qələbəyə sevinib.
10-cu dəqiqədə Matvey Ponomarenko fərqlənib.
Ağdam təmsilçisi görüşü 10 nəfərlə başa vurub. 90-cı dəqiqədə Cebrail Makreçkis qırmızı vərəqə ilə cəzalanaraq meydandan qovulub.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 13-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Bizim.Media