Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA-dan məlumat verilib.
Məlumata görə, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsində, avqustun 13-də keçiriləcək "Eqnatia" (Albaniya) - "Şemrok Rovers" (İrlandiya) oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma Rroqojine şəhərində yerləşən "Eqnatia" stadionunda baş tutacaq.
Bizim.Media