Samir Şərifovun sədrliyi ilə iclas keçirildi - FOTO

Avqustun 5-də 20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin iclası keçirilib.

Bizim.Media xəbər verir ki, AFFA-dan verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 iyul tarixli Sərəncamı ilə FIFA U-15 Dünya Çempionatı və Festivalının təşkili məsələlərinin də həmin Təşkilat Komitəsinə həvalə edildiyi nəzərə alınaraq, iclasda əvvəlcə sözügedən tədbirə hazırlığın mövcud vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
 

Azərbaycan Respublikası Baş nazirinin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifov iclası açaraq qeyd etmişdir ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-cı il oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək.


Dünya futbol tarixində ilk dəfə keçiriləcək belə mötəbər və irimiqyaslı beynəlxalq idman tədbirinin keçirilməsinin ölkəmizə həvalə olunması Azərbaycana göstərilən yüksək etimadın növbəti təzahürüdür.

Bu etimad Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına, beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkilinə və ölkəmizin qlobal idman məkanındakı mövqeyinin möhkəmləndirilməsinə göstərdiyi davamlı diqqət və dəstəyin məntiqi nəticəsidir.

Əlavə olaraq qeyd olunub ki, tədbirdə 175-dən artıq ölkənin hər biri 20 nəfərdən ibarət nümayəndə heyəti ilə olmaqla iştirakı gözlənilir.

FIFA bayrağı altında ilk dəfə keçiriləcək bu Gənclər Yarışının əsas məqsədi istedadların inkişafının ən yüksək beynəlxalq səviyyədə təmin edilməsidir.

İclasda FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı idman obyektlərinin yarışlara hazırlığı, tikinti və infrastruktur işlərinin gedişi, həmçinin, digər təşkilati məsələlər müzakirə olunub.

Daha sonra 20 yaşınadək kişilər arasında FIFA Dünya Çempionatının 2027-ci ildə Azərbaycanda və Özbəkistanda keçirilməsi ilə bağlı hazırlıq məsələlərinə baxılıb.

Qeyd olunub ki, çempionatda 24 ölkənin milli komandası iştirak edəcək. Açılış və final oyunlarının, habelə digər oyunların təşkil olunacağı şəhərlərin müəyyənləşdirilməsi istiqamətində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, FIFA və Özbəkistan Futbol Federasiyası ilə sıx əməkdaşlıq və müzakirələr davam etdirilir.

İclasda FIFA U-20 Dünya Çempionatı ilə bağlı təşkilati məsələlər ətraflı müzakirə olunub.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə icrasının təmin edilməsi məqsədilə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Hər iki beynəlxalq tədbirlə bağlı qurumlararası əlaqələndirmənin gücləndirilməsi və təşkilati məsələlərin operativ həlli ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Bakıda dişini çəkdirən qadın xərçəng oldu - VİDEO

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Tezliklə bolluq içində üzəcək BÜRCLƏR

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi - VİDEO

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

Bu ölkə stadionda pivə içməyə QADAĞA qoydu

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

“Honkonq qripi” sürətlə yayılır – TƏHLÜKƏLİ fəsadları var

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Biləsuvarda 10 nəfər qidadan zəhərləndi

Münasibətdə ən sadiq 2 BÜRC

Münasibətdə ən sadiq 2 BÜRC

Bu rayona ilk qar yağdı – VİDEO

Bu rayona ilk qar yağdı – VİDEO

Ronaldo millinin məşqini buraxdı

Ronaldo millinin məşqini buraxdı

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

"Sözbazlıq etməyin!" - Zamiq Hüseynov - VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edənlərin görüntüsü – VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Bakıda küçələri bağlamadan asfaltlamaq mümkün olacaq? - FOTO/VİDEO

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Mərakeşdə ilk dəfə qadın Baş nazir təyin edildi

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Beyləqanda elektrik yarımstansiyasında YANĞIN söndürüldü - YENİLƏNİB

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

Bakı-Balakən qatarının fəaliyyəti nə vaxt bərpa ediləcək? - RƏSMİ AÇIQLAMA - VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

End of content

No more pages to load

RADİO