Qırğızıstanın taekvondo üzrə milli komandası dələduzluq nəticəsində Asiya çempionatını buraxmaq təhlükəsi ilə üz-üzə qalıb.
Bizim.Media xəbər verir ki, komanda Almatıdan Pekin üzərindən Monqolustanın paytaxtı Ulan-Batora uçuş biletlərinin alınması üçün 2 milyon som (təxminən 39 min manat) ödəyib.
Lakin biletlər əldə edilməyib.
Hazırda milli komanda yarışa vaxtında çata bilmək üçün təcili alternativ variantlar axtarır və bu istiqamətdə dəstək göstərmək istəyən şəxslərə müraciət edib.
Bizim.Media