"Qarabağ" klubu akademiyasını yeni futbolçu ilə gücləndirib.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi Pakistanın 17 yaşlılardan ibarət yığmasının kapitanı Əbdül Səmmadı gənclər komandasının sıralarına cəlb edib.
Gənc futbolçu "POPO" klubundan "Qarabağ"ın akademiyasına keçid edib.
Pakistan mətbuatı Əbdül Səmmadın "Qarabağ"a keçidini ölkə futbolu üçün əlamətdar hadisə kimi dəyərləndirib.

Bizim.Media