“Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Bizim.Media xəbər verir ki, Azərbaycan çempionu bu raundda Danimarkanın “Orxus” kollektivi ilə qarşılaşacaq.
Kollektiv II mərhələdə Polşanın “Lex” komandasını mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, III raundun ilk matçları avqustun 4-5-də, cavab görüşləri isə avqustun 11-də təşkil olunacaq.
Bizim.Media