Zinəddin Zidanın milli komandanın baş məşqçisi postuna təyin edilməsindən sonra Fransa yığması loqosunu dəyişib.
Bizim.Media xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yeni emblem rəsmi simvol olan Qall xoruzunu qoruyub saxlayıb. Loqotipdə ilk dəfə olaraq “Fransa” (France) yazısı peyda olub, "FFF" abreviaturası isə bir qədər kiçildilib.
Bundan əvvəlki loqo 2018-ci ildə, fransızların Rusiyada keçirilən dünya çempionatındakı qələbəsindən sonra yenilənmişdi.

Bizim.Media