Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.
Bizim.Media “azertag.az”a istinadla xəbər verir ki, 65 kiloqram çəki dərəcəsində çıxış edən idmançı hindistanlı Kunal Daqalı 7:5 hesabı ilə məğlub edərək fəxri kürsüyə qalxıb.
Daha əvvəl Ömər Salmanov (48 kiloqram) mundialda 3-cü yeri tutub.
Bu gün, həmçinin İsfahan Həsənov (80 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən mundialda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycanı turnirdə 29 idmançı təmsil edir.
Bizim.Media