Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi Elmir Çərkəzov (60 kq) 1/4 final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, o, belaruslu Raman Şarkou ilə üz-üzə gəlib.
Matç təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Elmir Çərkəzov yarımfinala vəsiqə qazanıb.
O, daha əvvəl Nurali Askerdən (Qazaxıstan) və alman Kristiano Libtsaytdan üstün olub.
Bizim.Media