Fransa millisinin hücumçusu Kilian Mbappe yığmaya baş məşqçi təyin olunması gözlənilən Zinəddin Zidanın rəhbərliyi altında da kapitan sarğısını daşıyacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Bildirilib ki, Zidan 27 yaşlı futbolçunun kapitan statusunda hər hansı dəyişiklik etməyi planlaşdırmır. Buna səbəb mütəxəssislə Mbappe arasında yaxşı münasibətlərin olması göstərilir.
Qeyd edək ki, Zidanın Fransa millisinin baş məşqçisi vəzifəsinə təyinatının iyulun 28-də rəsmən açıqlanacağı gözlənilir.
Kilian Mbappe Fransa yığmasının heyətində keçirdiyi 106 oyunda 66 qola imza atıb, 44 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media