Bakıda güləş üzrə U-17 dünya çempionatının açılışı oldu - FOTO

Bakıda güləş üzrə U-17 dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov yarışda iştirak edən milli komandaların üzvlərini və federasiya nümayəndələrini Bakıda görməkdən məmnunluğunu ifadə edib:

“Ölkəmiz son illərdə nüfuzlu beynəlxalq idman tədbirlərinin keçirildiyi etibarlı məkana çevrilib. Azərbaycan Güləş Federasiyası Dünya Güləş Birliyi (UWW) ilə sıx və səmərəli əməkdaşlıq edir və bu tərəfdaşlıq gələcəkdə də davam edəcək. Bizə göstərilən etimada görə UWW-yə və qurumun prezidenti Nenad Laloviçə təşəkkür edirəm. Azərbaycan ildən-ilə beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir. Bu gün start götürən dünya çempionatı da bunun bariz nümunəsidir. Azərbaycanın mühüm beynəlxalq idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi artıq uğurlu ənənəyə çevrilib".

Mikayıl Cabbarov yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçinin medallar uğrunda mübarizə apardığını bildirib.

Gənclər və idman naziri Fərid Qayıbov 2026-cı il ərzində Milli Gimnastika Arenasında müxtəlif yarışlar keçirildiyi xatırladıb:

“Bu, ilin sonuna kimi davam edəcək. Dövlət tərəfindən idmana yüksək səviyyədə diqqət göstərilir. Bakı bu il üçün dünyanın idman paytaxtı seçildi. Bu adı bizə hədiyyə etməyiblər. Bu, dövlətimizin başçısının uğurlu idman siyasətinin nəticəsidir”.

Nazir güləş üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:

“Burada müxtəlif ölkələrdən idmançılar iştirak edirlər. İnanıram ki, yarış Azərbaycan təmsilçiləri üçün uğurlu olacaq. Dünya çempionatında iştirak edən bütün güləşçilərə uğurlar arzulayıram".

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə yarışın ölkə idmanının inkişafına müsbət təsir göstərəcəyinə inamını ifadə edib:

“Prezident İlham Əliyev həmişə Azərbaycanda güləş idman növünün inkişafını, geniş təbliğ olunmasını dəstəkləyib. Azərbaycan Güləş Federasiyasının fəaliyyəti dövlətimizin başçısı tərəfindən hər zaman yüksək qiymətləndirilib. Olimpiya Oyunlarında qazanılan medalların əksəriyyəti bizim güləşçilərin payına düşür. Burada iştirak edən idmançılar bizim gələcəyimizdir. Onlar Olimpiya Oyunlarında da bizi layiqincə təmsil edəcəklər. Hər kəsə uğurlar arzulayıram. Ümid edirəm ki, burada güclülər qalib gələcək. Azərbaycan növbəti dəfə böyük idman tədbirinə ev sahibliyi edir. Bu yarışın ölkəmizdə keçirilməsi mühüm hadisədir. Çünki buradakı idmançılar bir neçə ildən sonra Olimpiya Oyunlarında iştirak edəcəklər".

Çingiz Hüseynzadə bildirib ki, dünya çempionatı Azərbaycanın idman təşkilatçılığı baxımından yüksək səviyyədə olduğunu bir daha təsdiq edəcək.

Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç isə yarışla bağlı bunları deyib:

"Gənc yaş kateqoriyasında mübarizə aparan idmançılara arzum budur ki, Azərbaycanın bu od-alovundan ilham alsınlar, ürəklərindəki, ruhlarındakı və ambisiyalarındakı alovu daim qoruyub saxlasınlar. Burada çıxış edən güləşçilər elə bir yaşdadırlar ki, 2032-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Brisbendə onları yenidən görə bilərik. İnanırıq ki, orada bu gün göstərdiyiniz əzmə, zəhmətə və qazandığınız təcrübəyə görə mükafatlandırılacaqsınız".

Tədbir daha sonra bədii hissə ilə davam edib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən dünya çempionatına avqustun 2-də yekun vurulacaq.

















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Türkiyə torpaqların konsolidasiyası sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Azərbaycan və Türkiyə torpaqların konsolidasiyası sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Tramp İrana qarşı hərbi hücumları DAYANDIRDI

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Leyla həyat yoldaşını belə təbrik etdi – FOTO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Çimərlikdə heyvana şiddət göstərən şəxs saxlanıldı - VİDEO

Araz Musayev əməliyyat olundu

Araz Musayev əməliyyat olundu

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”

Ağdaşda işçiləri qorxuya salan görüntü: Tikinti sahəsindən ilan sürüsü çıxdı - VİDEO

Ağdaşda işçiləri qorxuya salan görüntü: Tikinti sahəsindən ilan sürüsü çıxdı - VİDEO

Bakıda küləyin son fəsadları açıqlandı – Rəsmi

Bakıda küləyin son fəsadları açıqlandı – Rəsmi

Magistratura seçimi başa çatdı: Nəticələr nə vaxt çıxacaq?

Magistratura seçimi başa çatdı: Nəticələr nə vaxt çıxacaq?

Azərbaycanda şəkərli diabetə tutulan qadınlar kişilərdən çoxdur - RƏQƏMLƏR

Azərbaycanda şəkərli diabetə tutulan qadınlar kişilərdən çoxdur - RƏQƏMLƏR

Azərbaycanda iki kişi qadın alverinə görə axtarışa verildi - FOTO

Azərbaycanda iki kişi qadın alverinə görə axtarışa verildi - FOTO

Masallıda çaya tullanan gənc faciəvi şəkildə həyatını itirdi

Masallıda çaya tullanan gənc faciəvi şəkildə həyatını itirdi

Bakıda güləş üzrə U-17 dünya çempionatının açılışı oldu - FOTO

Bakıda güləş üzrə U-17 dünya çempionatının açılışı oldu - FOTO

Bakıda küləkli havada 5 yaşlı uşaq xəsarət aldı

Bakıda küləkli havada 5 yaşlı uşaq xəsarət aldı

Separatçıların apellyasiya məhkəməsində prokurorlar çıxış etdilər

Separatçıların apellyasiya məhkəməsində prokurorlar çıxış etdilər

Rumıniya rusiyalı diplomatı ölkədən ÇIXARIR

Rumıniya rusiyalı diplomatı ölkədən ÇIXARIR

Ombudsman Bakıda Müvəqqəti Yerləşdirmə Mərkəzinə qəfil BAŞ ÇƏKDİ

Ombudsman Bakıda Müvəqqəti Yerləşdirmə Mərkəzinə qəfil BAŞ ÇƏKDİ

Naxçıvanda 60 nəfər ad, soyad və ata adını dəyişib

Naxçıvanda 60 nəfər ad, soyad və ata adını dəyişib

Kişilər ev işlərində həyat yoldaşlarına kömək etməlidirlərmi? - VİDEO

Kişilər ev işlərində həyat yoldaşlarına kömək etməlidirlərmi? - VİDEO

DİQQƏT! Tovuz şəhərinin bir hissəsi və səkkiz kəndi qazsız qalacaq

DİQQƏT! Tovuz şəhərinin bir hissəsi və səkkiz kəndi qazsız qalacaq

Azərbaycana gətirilən çörək qırıntıları məhsulunda kif və göbələk aşkarlandı – FOTO

Azərbaycana gətirilən çörək qırıntıları məhsulunda kif və göbələk aşkarlandı – FOTO

Bakıda təhlükəli anlar: Azyaşlılar skuterlə əks istiqamətdə hərəkət etdilər – VİDEO

Bakıda təhlükəli anlar: Azyaşlılar skuterlə əks istiqamətdə hərəkət etdilər – VİDEO

İran niyə AzTV-ni düşmən media elan etdi? –VİDEO

İran niyə AzTV-ni düşmən media elan etdi? –VİDEO

Bakıda yeni avtobus marşrutu fəaliyyətə BAŞLAYIR: Gedişhaqqı 1,50 AZN

Bakıda yeni avtobus marşrutu fəaliyyətə BAŞLAYIR: Gedişhaqqı 1,50 AZN

End of content

No more pages to load

RADİO